Olland: "Putinə deyəcəm ki..."

Olland: "Putinə deyəcəm ki..."



Fransa Prezidenti Fransua Olland Moskvaya səfəri ərəfəsində İŞİD-ə qarşı mübarizədə bütün ölkələrin əməkdaşlığının zəruriliyindən danışıb.

Gecce.az Axar.az-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkellə görüşü zamanı Olland bu fikirlərini Prezident Putinə də çatdıracağını elan edib:

“Mən sabah Moskvada Prezident Putinlə görüşəndə bu fikirlərimi ona da çatdıracağam. Putini inandıracam ki, İŞİD-ə qarşı mübarizədə biz hamımız öz gücümüzü birləşdirməliyik”.

Xatırladaq ki, rəsmi Kreml daha öncə noyabrın 26-da Vladimir Putinlə Fransua Ollandın görüşəcəyini və terrorizmə qarşı mübarizə fəaliyyətini müzakirə edəcəyini açıqlamışdı.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti