`Bizim dağıdıcı silahlarımız var` - Prezidentdən mühüm mesaj

 `Bizim dağıdıcı silahlarımız var` - Prezidentdən mühüm mesaj


Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinn ötən gün keçirilmiş iclasındakı yekun nitqində silahlı qüvvələrin yeni silah və hərbi texnika ilə təchizatının davam edəcəyini deyib.

Prezident İlham Əliyev ölkənin hərbi potensialının gücləndirilməsi üçün böhranlara, neftin ucuzlaşmasına baxmayaraq əlavə tədbirlərin görüləcəyini deyib.

“Bu məqsədlə büdcədə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”,- prezident vurğulayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                          
40 milyona 20:43 40 milyona "Ferrari" almaq istəyən Dadaşova bacıları: "VİP müştəri xahiş etmişdi..."