Medvedevdən Türkiyə ilə bağlı 3 ağır proqnoz - NATO, İŞİD və...

Medvedevdən Türkiyə ilə bağlı 3 ağır proqnoz - NATO, İŞİD və...


Rusiya baş naziri Dmitri Medvedev dünən vurulan Su-24-lə bağlı situasiyanı şərh edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, baş nazir bu insidentin iki ölkə əlaqələri arasında ağır nəticələrə gətirib çıxaracağını açıqlayıb:

“Türkiyə hökumətinin düşünülməmiş cinayətkar davranışı üç nəticəyə gətirib çıxardı. Birincisi, Rusiya ilə NATO arasındakı əlaqələrin təhlükəli şəkildə gərginləşməsinə. Buna dövlət sərhədlərinin qorunması kimi maraqlarla da haqq qazandırmaq olmaz. İkincisi, Türkiyə öz hərəkəti ilə İŞİD-i müdafiə etdiyini göstərdi. Əldə olan məlumatları nəzərə alsaq, Türkiyənin bir sıra vəzifəli şəxslərinin İŞİD-ə məxsus müəssisələrdə istehsal edilən neft məhsullarını daşımaqda birbaşa maliyyə maraqları olması təəccüblü görünməz.

Üçüncüsü isə, Türkiyənin bu davranışı ona gətirib çıxardı ki, Rusiya ilə Türkiyə arasındakı uzun müddətdir davam edən mehriban qonşuluq əlaqələri pozuldu. Eyni zamanda, iqtisadi və humanitar sahədəki əlaqələr pozulacaq və bu ziyanı doldurmaq çətin olacaq”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

25.11.2017 / 09:30
 
Xəbər lenti