Prezident Mərkəzi Bank haqda qanunu dəyişdi - 500 milyon manat

Prezident Mərkəzi Bank haqda qanunu dəyişdi - 500 milyon manat


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununa dəyişikliklər edib.

Gecce.az xəbər verir ki, dəyişikliyə görə, qanuna aşağıdakı məzmunda 5.0.6-1-ci maddə əlavə edilib.

“5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;”

Bundan başqa 10.2-ci maddədə “10” rəqəmləri “500” rəqəmləri ilə əvəz edilib.

Qeyd edək ki, 10.2-ci maddədə Mərkəzi Bankın Nizamnamə kapitalının 10 milyon manat olması göstərilirdi. Dəyişiklik nəticəsində nizamnamə kapitalı 500 milyon manata qədər artırılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti