Minsk qrupu Dağlıq Qarabağın nizamlanması üzrə dialoqun aktivləşməsinə ümid edir

Minsk qrupu Dağlıq Qarabağın nizamlanması üzrə dialoqun aktivləşməsinə ümid edir


ATƏT-in Minsk qrupu ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşü yaxın il ərzində dialoqu aktivləşdirərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində dönüş nöqtəsi olacaq.

Gecce.az-ın Trend-ə istinadla məlumatına görə, bunu amerikalı həmsədr Ceyms Uorlik Ermənistan mətbuatına müsahibəsində deyib.

Təxminən dekabrda baş tutacaq Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünü şərh edən C.Uorlik ümid etdiyini bildirib ki, prezidentlər gərginliyin azaldılması yollarını və ölüm hallarının qarşısının alınmasını, eləcə də "nizamlanma elementləri ilə bağlı təklifləri" müzakirə edəcəklər.

Diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupu, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı diskussiyada daha aktiv mülki iştirakı alqışlayır.

Onun sözlərinə görə, tərəflər Minsk qrupu formatını müdafiə edir və həmsədrlər onlarla münaqişənin tənzimlənməsi üzrə danışıqlarda vasitəçilər kimi işləməyə davam edəcək: "Biz digər beynəlxalq strukturlara Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir söyləməyi qadağan edə bilmərik. Buna baxmayaraq, beynəlxalq strukturlarla, xüsusilə də Aİ və BMT ilə tez-tez məsləhətləşmələr aparırıq, işimizin gedişi barədə onlara məlumat veririk və hesab edirik ki, danışıqlar prosesi üzrə qərəzsiz qiymətin verilməsi üçün belə ünsiyyətin təmin edilməsi vacibdir".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti