MTN rəhbərindən ilk açıqlama

MTN rəhbərindən ilk açıqlama


Mədət Quliyev: “Olar bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib, onların əməllərinə hüquqi qiymət verilir”

“Xalq həmişə MTN-ə inanıb”. Gecce.az-an məlumatına görə, bunu milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev deyib.

M. Quliyevin sözlərinə görə, olar bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir: “Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır”.

M. Quliyev qeyd edib ki, KİV-də yayılan müxtəlif məlumatlar ümumilikdə MTN-in bütün kollektivinə aid edilə bilməz: “MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti