​Pentaqon: "Türkiyə Rusiya təyyarəsini ABŞ koalisiyasının üzvü kimi vurmayıb"

​Pentaqon: "Türkiyə Rusiya təyyarəsini ABŞ koalisiyasının üzvü kimi vurmayıb"


Pentaqon bəyan edib ki, Türkiyə Rusiyanın "Su-24" bombardımançısını ABŞ-ın İŞİD-ə qarşı koalisiyası üzrə tərəfdaşı kimi yox, öz hava məkanını müdafiə edərək vurub.

Gecce.az "Report"a istinadla xəbər verir ki, bu barədə RİA "Novosti"yə Pentaqonun podpalkovniki Mişel Baldansa bildirib.
"Türkiyə koalisiyanın bir hissəsidir. Bununla belə biz hesab edirik ki, hər bir ölkə öz hava məkanına nəzarət etmək və onu qorumaq hüququna malikdir. Türkiyənin hazırki addımları bu istiqamətdə atılıb, ona görə, bu hərəkətləri koalisiya çərçivəsində adlandırmaq olmaz", — deyə o bildirib.
Bununla yanaşı Pentaqonda xüsusi olaraq qeyd ediblər ki, ABŞ Hərbi Hava Qüvvələri insidentdə iştirak etməyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti