Niderlandda yaşayan həmyerlimiz sədr seçildi

Niderlandda yaşayan həmyerlimiz sədr seçildi



Vüqar Abbasov: “Azərbaycanla əməkdaşlığa xüsusi yer verilib”
“Son vaxtlar Avropaya, həmçinin Niderlanda çoxsaylı qaçqınların gəldiyi kimsəyə sirr deyil. Burdakı aidiyyatı təşkilatlar onlara bacardıqları qədər yardım edirlər. Ancaq mən və kolleqam Wim van Embden və digər niderlandlı dostlarımız bura gələn qaçqınlara (artıq oturma izni olan insanlara) həm hüquqi, həm də mənəvi yardım etmək üçün təşkilat yaratmağa qərar verdik və yaratdıq. Təşkilatın adı “Connect”dir ki, bu da dilimzə tərcümə olunduqda “Birləşdirmək” anlamına gəlir. Məqsəd, yuxarıda da qeyd etdiyim kimi, müxtəlif tədbirlərin təşkili, qaçqınlara bacardıqca kömək etməkdir”.


Gecce.az Bizimyol.info-a istinadən bildirir ki, bu fikirləri “Bizim Yol”a açıqlamasında Niderlandda yaşayan həmyerlimiz Vüqar Ababsov səsləndirib. Onun sözlərinə görə, dostların təkilifi ilə ilkin mərhələdə sədrliyi öz üzərinə götürüb: “Təbii ki, mənim olduğum yerdə Azərbaycanın adı keçməyə bilməz. Odur ki, təşkilatın nizamnaməsində Azərbaycanla əməkdaşlığa xüsusi yer verilib. Bura bir çox sahələr daxildir: qarşılıqlı səfərlərin, tədbirlərin təşkili, Niderlandın iş adamları ilə Azərbaycanın iş adamları arasında əlqələrin qurulması, jurnalistlər və yerli siyasət adamları ilə əməkdaşlıq, təhsil sahəsi və.s. Həmçinin Niderland dilində internet qəzetin yaradılması da təşkilatın planlarına daxildir. Bütün bunları həyata keçirtmək üçün lazım olan vəsaiti əldə etmək yollarından biri kimi həm də təşkilatın biznes fəaliyyəti ilə məşğul olunması üçün müvafiq icazə alınmışdır. Təşkilatımızın mühasibinin və hüquqşunasının (Holland) bu sahədə təcrübəsi böyükdür və bu, məndə inam yaradır deyim ki, qarşımıza qoyduğumuz məqsədlərə çata biləcəyik. Tanrı utandırmasın...”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti