Nazirin görüş vaxtı dəyişdirildi

Nazirin görüş vaxtı dəyişdirildi



Heydər Əsədov 5 rayonun sakinləri ilə görüşmək üçün Zaqatalaya gedəcək.

Gecce.az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov dekabrın 4-də Zaqatala rayonunda Şəki, Zaqatala, Oğuz, Balakən və Qax rayonlarının sakinləri görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsinə (055-781-55-88) və Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun Zaqatalaya səfəri 24 noyabrdan dekabrın 4-ə dəyişdirilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti