İSESCO İcraiyyə Şurasının 36-cı iclası başa çatıb

İSESCO İcraiyyə Şurasının 36-cı iclası başa çatıb



Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcraiyyə Şurasının 36-cı iclası işini başa vurub.

Gecce.az Apa.az-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ikigünlük iclasın yekun hesabatı qəbul olunub.

Bağlanış mərasimində çıxış edən İSESCO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə İcraiyyə Şurasının 36-cı iclasının işini yüksək qiymətləndirib. Tədbirin böyük mədəniyyətə malik islam ölkələri arasında elm, təhsil və mədəni əlaqələrin güclənməsinə dəyərli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO İcraiyyə Şurasının 36-cı iclası çərçivəsində elm, təhsil, mədəni əməkdaşlıq, bu sahələrdə ölkələrimizin inkişaf istiqamətlərini təmin edəcək müzakirələrin aparıldığını bildirib.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanda keçirilən iclası məhsuldar və əməkdaşlığın inkişafında irəliyə atılmış addım kimi qiymətləndirib.

Qeyd edək ki, İSESCO-nun Bakıda keçirilən İcraiyyə Şurasının iclasına və Baş Konfransa 59 ölkədən nümayəndə qatılıb. Qurumun Baş Konfransının 12-ci sessiyası noyabrın 26-da işə başlayacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti