Latviyada daha bir azərbaycanlı deputat seçilib

Latviyada daha bir azərbaycanlı deputat seçilib



Latviyada daha bir azərbaycanlı deputat seçilib.

Gecce.az Apa.az-a istinadən xəbər verir ki, əslən Kürdəmir rayonundan olan Vüqar Ecmanis Valmiera şəhər Dumasına üzv seçilib.

1970-ci ildə Kürdəmirdə doğulan Vüqar Ecmanis 25 ildir Avropada yaşayır. O, Avropanın bir neçə ölkəsində uğurlu biznes layihələrinə imza atıb və 10 ilə yaxındır Valmierada Azərbaycan icmasının fəaliyyətinin gücləndirilməsində fəal rol oynayır. V. Ecmanis hazırda Valmeria dumasında kənd təsərrüfatı, nəqliyyat və biznes mühiti komitəsinin rəhbəridir. Həmyerlimiz qarşıdan gələn mer seçkilərinə də qatılmaq niyyətindədir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti