Azərbaycanın Praqadakı səfirliyində İƏT ölkələrinin Çexiyadakı səfirlərinin görüşü keçirilib

Azərbaycanın Praqadakı səfirliyində İƏT ölkələrinin Çexiyadakı səfirlərinin görüşü keçirilib



Azərbaycanın Çexiyadakı səfirliyində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Çexiyadakı səfirlərinin yer aldığı Praqa Qrupunun (PQ) görüşü keçirilib.

Gecce.az Apa.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və İƏT PQ ölkələrinin səfirləri ilə yanaşı, xüsusi qonaq qismində Çexiyanın sənaye və ticarət naziri Yan Mladek iştirak edib.

F. Şəfiyev çıxışı zamanı İƏT ölkələrinin Çexiya ilə əməkdaşlığının əhəmiyyətinə toxunub, İƏT ölkələrinin səfirlərini narahat edən məsələlər haqqında danışıb. Səfir xüsusilə Avropa İttifaqı və Çexiyada son zamanlar artmaqda olan dözümsüzlük və ksenofobiya hallarının vaxtında qarşısının alınmasının əhəmiyyətini vurğulayıb.

Y. Mladek isə İƏT Praqa Qrupunun görüşünü təşkil etdiyinə görə F. Şəfiyevə təşəkkürünü bildirib və Çexiyanın İƏT ölkələri ilə əməkdaşlığı haqqında söhbət açıb. Çexiyalı nazir xüsusilə Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunub və ölkəmizin etibarlı tərəfdaş qismində rolunu yüksək qiymətləndirib. Y. Mladek Çexiyanın enerji tələbatının ödənilməsində Azərbaycan neftinin əvəzedilməz rol oynadığını bildirib və ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı, həmçinin, Çexiyada İslam ölkələrinin mədəniyyəti və incəsənətini tərənnüm edən tədbirlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Konkret olaraq 2016-cı ildə Praqada Asiya, Afrika və Yaxın Şərqdə yerləşən İslam ölkələrinin mədəniyyətinə həsr olunacaq “Mədəni müxtəliflik” mövzusunda incəsənət sərgisinin keçirilməsi məsələsi müzakirə edilib.

Azərbaycanın Praqadakı səfirliyində İƏT ölkələrinin Çexiyadakı səfirlərinin görüşü keçirilib


Azərbaycanın Praqadakı səfirliyində İƏT ölkələrinin Çexiyadakı səfirlərinin görüşü keçirilib
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti