Elman Abdullayev: "Azərbaycanda təxminən 800 efiopiyalı təhsil alıb"

Elman Abdullayev: "Azərbaycanda təxminən 800 efiopiyalı təhsil alıb"



Azərbaycanın Efiopiyadakı səfirliyində müxtəlif illərdə Azərbaycanın ali məktəblərini bitirmiş efiopiyalı məzunlarla birinci görüş keçirilib.

Gecce.az Report.az-a istinadən bildirir ki, səfir Elman Abdullayev açılış nitqi ilə çıxış edib. O bildirib ki, bu səviyyədə daha sıx ünsiyyət və əlaqələr iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına töhfə verəcək, iki ölkə arasında dialoqu davam etdirməyə imkan yaradacaq.
Səfir təxminən 800-ə yaxın efiopiyalının Azərbaycanın ali məktəblərini bitirdiyini bildirib.
Tədbirdə çıxış edən efiopiyalı məzunlar bu təşəbbüsü yüksək qiymətləndirərək, Azərbaycanın onların hər birinin həyatında xüsusi yeri olduğunu və aldıqları təhsilin onların formalaşmasında əvəzsiz rol oynadığını vurğulayıblar.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti