Azərbaycan Dövlət Neft Fondunda ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Fondunda ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüş keçirilib



Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinki qəbul edib.

Gecce.az Report.az-a istinadən bildirir ki, görüşdə Ş.Mövsümov B.Brinkə ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.
Görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti