Prezident İlham Əliyev Milli Məclisin iclasında iştirak edir

Prezident İlham Əliyev Milli Məclisin iclasında iştirak edir


Bu gün Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclasda təşkilati məsələlərə baxılacaq, Milli Məclisin sədri, müavinləri, eləcə də komitələrin sədrləri seçiləcək.

Məlumat üçün bildirək ki, iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.

İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti