Davutoğlu Türkiyə-Avropa İttifaqı zirvəsində iştirak edəcək

Davutoğlu Türkiyə-Avropa İttifaqı zirvəsində iştirak edəcək



Noyabrın 29-da keçirilməsi planlaşdırılan miqrasiya məsələləri üzrə Türkiyə-Avropa İttifaqı zirvəsində rəsmi Ankaranı Baş nazir Əhməd Davutoğlu təmsil edəcək.

Gecce.az Report.az-a istinadən bildirir ki, tədbir Brüsseldə baş tutacaq.
Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, zirvənin məqsədi Türkiyə-Aİ əlaqələrinə təkan verməklə yanaşı Avropaya yönələn mühacir axımının qarşısını almaqdan ibarətdir.
Xatırladaq ki, Aİ liderləri Türkiyəyə mühacirləri öz ərazisində saxlamaq müqabilində 3 milyard dollar yardım təklif edib. Həmçinin, Ankaraya Avropa İttifaqına üzvlük danışıqlarının sürətlənməsi sözü verilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti