Məşhurlar "cin çıxarma" məsələsindən danışdı
Get Adobe Flash player
14-01-2014 16:39
Oxunub: 311
A
A+
A-

Son zamanlar gündəmi zəbt edən, medianı çalxalayan mövzulardan biri də “Cin çıxartma” əməliyyatıdır.

Sosial şəbəkələrdə hər kəsin diqqətini çəkən bu kadrlar, həm də bir çoxlarının qəzəbinə və hiddətinə səbəb olub.

 

Azvision.az saytı bəzi jurnalistlər və tanınmış şəxslər arasında sorğu keçirdib.

Faiq Ağayev, xalq artisti:

- Cəhalət! Ayıbdır, vallah. XXI-ci əsrdə yaşayırıq.

Sevinc Çılğın, şairə:

- Məndə şeytan tükü var, çıxara bilən gəlsin.

Ülvira Qarayeva, teleaparıcı:

- Çox pis. Xurafatın təbliğatıdır, insanları kütləşdirmək və yenidən geriyə salmaqdı.

Elçin Bayramlı, jurnalist:

- Təəssüf ki, heç nə deyə bilmərəm. Mən 13 ildir, ümumiyyətlə, bizim kanallara baxmıram. Bu kimi şeylərə isə qətiyyən qiymətli vaxtımı sərf edə bilmərəm. Bu əməliyyatı görməmişəm, amma bütün dinlərdə belə prosedurun olması haqda məlumatım var. Qara magiya mövcuddur, başqa mistik varlıqlar da var, kaniatda biz tənha deyilik. Amma bu sahədə tədqiqatla dərin elmi və qədim dini biliklərə malik mütəxəssilər məşğul ola bilərlər. Ölkəmizdə belə birinin varlığı inandırıcı deyil.

Elnaz Əbluc, rejissor

- Cinlərlə işim yoxdur.

Murad Arif, teleaparıcı:

- Xəbərdar deyiləm. İzləmədim. Kim çıxardıb? Harda çıxardıb? Kimdən çıxardıblar? Amma bilmək istəyirsinizsə, mən də cin görmuşəm. O, məşhur reqqi və hip-hop ifaçisi Cindir. Yaxşı oğlandir.

Qənirə Ataşova, telejurnalist:

- Mən o xəbəri xəbər lentində başlıq olaraq görsəm də, açıb oxumadım və oxumaram da. Mən bir Allaha inanıram, vəssalam. Cəfəngiyyat mənlik deyil.

Zənurə Talıbova, telejurnalist:

- Cinin mövcudluğuna inanan insanları avam hesab edirəm. Düşünürəm ki, belələri Allah qarşısında da günah qazanmış olurlar.

Təranə Səmədova, prodüsser:

- Mən cadu-piti olduğuna inanıram, amma cin çıxartma - filan, belə şeylərə açığı, inanmıram.

Ramal Hüseynov, teleaparıcı:

- Kim cin çıxara bilir, çıxarsın. Lap yaxşı. Cinlilər azalar heç olmasa. Cəmiyyətdə bir problem var, bəlkə kimlərisə cin tutub, cin çıxaranlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bəlkə bunlardan sonra rahatlaşıb, intellektə, ağıla diqqət yetirərik.

Elnarə Təhməzova, teleaparıcı:

- Cahillik, savadsızlıq. Bu insanların psixoloji problemləri var, xəstədilər. Nə yazıq ki, saxtakar vicdansız insanlar bu cür cahil və xəstə, sağalmağa ehtiyacı olan insanlardan istifadə edirlər! Mən istəmirəm ailə üzvlərimdən kimsə buna efirdə baxsın, izləsin.

İradə İsaq, telejurnalist

- Türkiyədə efirdə “cin” sözünü işlətmək qadağandır. Yerinə “3 hərfli” deyirlər. Çünki mövhumatı artırmaq təhlükəsi olan və hər beynin doğru anlamayacağı amil olduğu üçün belə ediblər. Hər halda, bizim Türkiyə qədər dini ənənələrimiz yoxdur. Əslində tamaşaçıya bütün mövzularda doğru informasiya çatdırmağa xidmət edir televiziyalardır. Amma televiziyaların da öz etikası var. Bu cinçıxarma kimisə qorxuda bilər. Xüsusən həmin zaman kəsimi uşaqların tv-yə aktiv baxdığı zamandır. Təəssüf ki, biz tv- lərlə bağlı beynəlxalq təşkilatlarla işləmirik. Buna görə də digər ölkə kanallarından rahatca veriliş də oğurlanır, belə etik qaydalar da pozulur. Televiziya sahəsində gerçək islahatlar aparılmalıdır. Bunun üçün MTRŞ var. Əgər hardasa boşluq varsa, deməli, həmin qurumun fəaliyyəti qənaətbəxş deyil və boşluqlar var. Məncə, siz sorğunuza Nuşirəvan bəyi də cəlb edin. Bizim deməyimiz, onsuz da, boşdur. Bu məsələlərə nəzarət etmək onların vəzifə borcudur, mənim, hansısa tv-nin iş sistemindən xəbərsiz gənc yazıçı, şairlər yox. Bizim rəyimiz həlledici deyil.

Yusif Kərimli, telejurnalist:

- Belə məsələlər haqda çox eşitmişik. Bunun nə qədər real olub-olmadığı haqda bir şey deyə bilmərəm. Amma hansısa tv proqramların belə mövzulardan reytinq yığmaq üçün istifadə etməsini konkret qınayıram!

Roza Zərgərli, müğənni:

- Savadsızlıqdır. Bütün dünyada hər bir şey elektronlaşdığı dövrdə bu cinçıxarma gülünc bir şeydir.

İlham Mirzəyev, psixoloq:

- Çox pis baxıram. Birincisi, elə bir şey yoxdur, ikincisi də bu gün onların özlərini aktyorluğa qoyması uşaqlarımızı depressiyaya sala bilər. Azərbaycan teleməkanında belə hadisələrə yol verilməməlidir. Maarifləndirici verlişlər verməliyik. Belə olmaz axı?! Vətənimizi, əsgərlərimizi, şairlərimizi yazıçılıramızı sevdirməliyik. Yetişkən gənclik olmalıdır. Gerilik bizə lazım deyil. Belə verilişlər öz övladlarımızın psixikasında fəsadlar yaradır. Sonra da psixoloq axtarışına düşürük. İnsanlar bunu bilməlidirlər: cin də yoxdur, şeytan da!

Aidə Eyvazova, jurnalist:

- Bu gün Azərbaycan televiziyalarının əksəriyyəti tamaşaçı kütləsi qazanmaq üçün hər cür oyuna, ədəbsizliyə gedirlər. Peşəkar jurnalist, rejissor olarsa, belə dəyərsiz verilişlər də reytinq qazana bilməz. İnsanların baxmağa, boş vaxtlarını öldürməyə seçimləri yoxdur. Yəni hətta cin çıxarmaq məsələsinin özünü də elə gözəl, maraqlı və tutarlı faktlarla gündəmə gətirmək, tok-şoular yaratmaq olar. Lakin hansısa xəstə bir insanı gətirib, onun ətrafında şou göstərmək ayıbdır. O şəxsi təhqir etməkdir.

Telli Pənahqızı, jurnalist:

- Bu, biabırçılıqdır! İnsanların əsəbi ilə oynamaqdır! Mövzu qıtlığıdır!

Elmira Ələkbərzadə, müğənni:

- Mən, ümumiyyətlə, baxmamışam, heç baxmaram da belə şeylərə.

 

Gecce.az 

 
1
Şərh yaz
Ad
Email
Telefon
Mesajınız

Get Adobe Flash player

Get Adobe Flash player
ƏN ÇOX BAXILANLAR
“Oğlum özümə oxşayır”-Vasif Məhərrəmli
MƏŞHURLAR FACEBOOK DA
ƏN ÇOX DİNLƏNİLƏN MUSİQİ
GECCE.AZ FACEBOOK DA